Avtobusdan tapanca və dərman tapıldı

Avtobusdan tapanca və dərman tapıldı
  25 Dekabr 2014    Oxunub:5821
Azərbaycana avtobus təkərində qaçaqmal yolu ilə dərman preparatlarının keçirilməsinin qarşısı alınıb.
Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı, Eyvazov Aynur Hüseyn oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz C180” markalı 90HX538 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, arxa oturacağının altından daraqları ilə birlikdə 3 ədəd müxtəlif markalı pnevmatik tapançalar aşkar olunub. Bundan başqa sürücünün oturacağının altında olan qara polietilen torbadan 20 ədəd üzərində 9 mm patronlar, şəffaf polietilen paketə bükülmüş vəziyətdə 400 ədəd metal qırmalar, 3 ədəd pnevmatik silah üçün nəzərdə tutulmuş qaz balonları və 2 ədəd gözyaşardıcı qaz balonları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi digər bir əməliyyat nəticəsində isə külli miqdarda dərman preparatlarının ölkəyə gətiriliməsinin qarşısı alınıb. “Sınıq Körpü” Gömrük Postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı Məmmədov Elçin Davudoğlunun idarə etdiyi “Mercedes Benz Travego” markalı 90 UB 373 dövlət nömrə nişanlı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin qabaq sağ təkərinin üstündə yerləşən saxlanc yerindən, ümumilikdə 887 konvalyutda 11714 ədəd həblər və 4 adda 1590 ədəd dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti