Arif Hacılı özünə yeni müşavirlər təyin etdi

Arif Hacılı özünə yeni müşavirlər təyin etdi
  24 Dekabr 2014    Oxunub:1594
Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavat başqanının müşavirlərinin təyin olunması barədə sərəncamlar imzalayıb.
Partiyadan AzVision.az-a daxil olan məlumata görə, bu gün imzalanan sərəncamlarla 6 nəfər başqan müşaviri vəzifəsinə təyin olunub.

Onlar Müsavat Partiyası Cəlilabad rayon təşkilatının üzvü Hidayət Xudaverdi oğlu İsmayılov, Şəmkir rayon təşkilatının üzvü Fariz Mustafa oğlu Cəfərov, Oğuz rayon təşkilatının üzvü Vaqif Qədir oğlu Davudov, Xaçmaz rayon təşkilatının üzvü Ramazan Hacırza oğlu Əliyev, Kürdəmir rayon təşkilatının üzvü Baha Qasım oğlu Mikayılov və Siyəzən rayon təşkilatının üzvü Mərdan Mehdi oğlu Mehdiyevdir.

Qeyd edək ki, Arif Hacılı sentyabrın 27-də keçirilən qurultayda başqan seçilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti