Qarlı, çovğunlu QIŞ gəldi...

Qarlı, çovğunlu QIŞ gəldi...
  22 Dekabr 2014    Oxunub:3481
Bu gündən başlayaraq payız fəsli öz yerini qışa təhvil verir.
AzVision.az xəbər verir ki, bu tarixdə Yer Qış günəş duruşu nöqtəsindən keçir. Qış günəş duruşundan yaz bərabərliyi nöqtəsinə kimi davam edir. Qış Günəş duruşunun xarakterik xassəsi ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur. Günəş cənubi-şərqin ən yaxın nöqtəsində çıxıb, cənubi-qərbin ən yaxın nöqtəsində batır. Bundan sonra Günəş hər səhər çıxdıqdan sonra şərqdən şimala tərəf, cənubdan qərbə tərəf sürüşməyə davam edir. Qış günəş duruşundan keçəndən sona Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış gəlir. Bu hərəkət epliktika boyunca davam edir. Bu da o deməkdir ki, Yer epliktika boyunca hərəkəti zamanı 4 əsas nöqtədən keçir və proses Qış günəş duruşundan yaz bərabərliyi nöqtəsinə kimi davam edir. Həmin nöqtədə gecə-gündüz bərabərləşir. Qış günəş duruşundan keçəndən bir neçə gün sonra gündüzlərin uzunluğu artır, gecələrin uzunluğu isə azalır.
Payız bərabərliyi nöqtəsindən keçəndə şimal yarımkürəsində payız girir. Həmin proses qış günəş duruşuna kimi davam edir. Beləliklə bir tam tsikl tamamlanır”.

Dünən isə gecənin ən uzun, gündüzün isə ən qısa vaxtı olub. Yəni dekabrın 21-dən sonra təxminən 4-5 gün gecə ən uzun, gündüz isə ən qısa vaxta malik olur. Dekabrın 26-27-dən sonra isə gecə tədricən qısalmağa, gündüz isə uzanmağa başlayır. Bu proses martın 21-dək davam edir. Və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verir.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.

Bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olur. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.
Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə, payız gecə-gündüz bərabərliyi sentyabrın 21-nə təsadüf edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti