Ermənilər 7 rayonumuzu atəşə tutdu

Ermənilər 7 rayonumuzu atəşə tutdu
  19 Dekabr 2014    Oxunub:1507
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Muncuqlu kəndlərində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
AzVision.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə pozulub.

Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Sarıcalı, Şuraabad, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az



Teqlər:  





Xəbər lenti