Məktəb bufetini `kvartirant` verən direktor DANIŞDI

Məktəb bufetini `kvartirant` verən direktor DANIŞDI
  16 Dekabr 2014    Oxunub:3858
“Nizami rayonu 10 saylı orta məktəbin bufetinin kirayə verilməsi yalandır”
Bu barədə AzVision.az-a adıçəkilən məktəbin direktoru Leyla Məmmədova deyib.

Direktor haqqında deyilən xəbərləri təkzib edib:

`Bu məsələ ilə bağlı Bakı şəhər Təhsil idarəsindən də mənə zəng etmişdilər. Təklif etdim ki, gəlin baxın`.

Məktəb direktoru bəzi həmkarlarının ona qarşı nalayiq hərəkətlər etdiyini bildirib:

“Burada elə müəllimlər var ki, mənə qarşı təxribat aparırlar. Anonim məlumatlar yayırlar. Nalayiq hərəkətlər edirlər. Məktəb bufetinin guya icarəyə verilməsi ilə bağlı Təhsil Nazirliyindən zəng etdilər, amma hələ ki heç kəs gəlməyib. Sizi də dəvət edirəm, gəlin baxın”.

Məktəbin bufetinə ərzaq məhsulunun kənardan gətirilməsinin yasaq olunduğunu bildirdən L.Məmmədova onu da əlavə edib ki, belə bir şey olarsa nazirlik tərəfindən işdən azad olunacaq:

“Məktəbin bufetinə ərzaq məhsulunun kənardan gətirilməsi qadağan olunub. Adi bir “popkorn”-u başqa yerdən gətirəndə belə, irad tuturlar. Hətta xəbərdarlıq ediblər ki, kənar yerdən ərzaq gətirilərsə, birinci 400 manat cərimə olunacaq. İkinci dəfə isə belə hala yol verilərsə işdən azad olunacağam. Buna görə bufetçiyə 150 manat maaş verilir.Onun da 50 manatını mənə versə, day ona nə qaldı ki? Odur ki, bufetin kiməsə icarəyə verilməsi qeyri-mümkündür”-deyə Leyla Məmmədova bildirib.

Qeyd edək ki, virtualaz.org saytının yaydığı məlumata görə, Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin bufeti direktor tərəfindən 50 manat müqabilində icarəyə verilib.

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti