Məscidlərdə ehsan verildi

Məscidlərdə ehsan verildi
  13 Dekabr 2014    Oxunub:1391
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il ötür. Vununla bağlı olaraq dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tabeliyindəki məscidlərdə ulu öndərin xatirəsi anılıb.
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, belə anım mərasimlərindən biri də İçərişəhərdəki “Cümə” məscidində keçirilib. Cümə namazında iştirak edən dindarlar qarşısında çıxış edən “İçərişəhər Cümə məscidi” dini icmasının sədri və məscidin axundu Hacı Surxay Məmmədli ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb, dövlətçiliyimizin və birliyimizin qorunmasındakı rolunu yüksək qiymətləndirib.

Hacı Surxay Məmmədli qeyd edib ki, bugünkü Azərbaycanın əldə etdiyi uğurların əsası ulu öndərin ölkəmizə rəhbərlik etdiyi zamanda qoyulub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin din-dövlət münasibətlərinin yaranmasında , dini və milli-mənəvi dəyərlərimizin qorunmasında, tolerantlıq mühitinin inkişaf etdirilməsində misilsiz əmək sərf etdiyini vurğulayan Hacı Surxay Məmmədli görkəmli dövlət xadiminin dindarlarla görüşlərini də yada salıb.

Sonda ulu öndərin vəfatının 11-ci ildönümü münasibəti ilə ehsan verilib.


Teqlər:  





Xəbər lenti