Mübariz Qurbanlı İtaliyaya getdi

Mübariz Qurbanlı İtaliyaya getdi
  09 Dekabr 2014    Oxunub:1143
Dekabrın 9-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib.

Azərbaycan – İtaliya Parlamentlərarası işçi qrupunun təşəbbüsü ilə 10 dekabr tarixində Roma şəhərində Azərbaycan Respublikasının Milli Məclisi və İtaliya Senatı tərəfindən "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçiriləcək. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda “İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edəcək.

Konfransda Azərbaycan, İtaliya, Papa Dövləti və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də Elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti