Prezidet Cəlilabada pul ayırdı - 6,1 milyon

Prezidet Cəlilabada pul ayırdı - 6,1 milyon
  08 Dekabr 2014    Oxunub:1243
Azərbaycanda prezidenti İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama görə, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,1 milyon (altı milyon bir yüz min) manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılır.

AzVision.az




Teqlər:





Xəbər lenti