ANAMA 1 ayda 57 mina zərərləşdirib

ANAMA 1 ayda 57 mina zərərləşdirib
  08 Dekabr 2014    Oxunub:1103
ANAMA bir ayda 57 mina və partlamamış hərbi sursatı zərərsizləşdirib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) AzVision.az-a verilən məlumata görə, Agentlik tərəfindən 57 PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bildirilib ki, əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 276,191,346 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 690,845-dir.

Agentlik təmizləmə əməliyyatlarını Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax, Xocavənd, Şəmkir, Tərtər eyni zamanda Bakı şəhərinin, Qaradağ rayonu Səngəçal qəsəbəsində davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti