İbrahimbəyov haradadır?

İbrahimbəyov haradadır?
  27 Noyabr 2014    Oxunub:1280
75 yaşında siyasətə qoşulan kinorejissor Rüstəm İbrahimbəyovun harada olması maraq doğurur.

AzVision.az-ın musavat.com-a istinadən məlumatına görə, hazırda Milli Şuranın fəxri sədri funksiyasını yerinə yetirməsinə baxmayaraq, Rüstəm İbrahimbəyov demək olar ki, siyasətdən uzaqlaşıb.

Bir ay öncə də mətbuata açıqlamasında kinorejissor heç vaxt siyasətlə məşğul olmadığını bildirmişdi. Amma o, bununla belə, Milli Şuranın fəxri sədrliyində qaldığını qeyd etmişdi.

2013-cü ildə prezident seçkilərində müxalifətin vahid namizədi olan Rüstəm İbrahimbəyovun harada, nə işlə məşğul olması ilə maraqlandıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev Rüstəm İbrahimbəyovun daim Milli Şura ilə əlaqə saxladığını bildirdi: "Rüstəm müəllim daha çox Cəmil bəylə əlaqə saxlayır. Bununla belə, onun barəsində məlumatlarımız var. Çünki o, daim Milli Şura ilə əlaqə saxlayır. Rəhbərliklə təmasda olur. Bizimlə tez-tez mütəmadi əlaqə saxlayır. Müəyyən məsələlərlə bağlı fikirlərini bildirir. Amma Milli Şuranın son iclaslarına internet vasitəsilə olsa da, qatılmayıb".

Qurumun Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal isə kinorejissorla bağlı heç bir məlumatının olmadığını söylədi.


Teqlər:  





Xəbər lenti