`TQDK-nın binası qəzalı vəziyyətdədir` - Məleykə Abbaszadə

`TQDK-nın binası qəzalı vəziyyətdədir` - Məleykə Abbaszadə
  25 Noyabr 2014    Oxunub:2000
Orta məktəblərdə buraxılış imtahanları Avropa Olimpiya oyunları başlamadan əvvəl keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə deyib. O vurğulayıb ki, imtahanların dəqiq vaxtı məlum deyil:

“Buraxılış imtahanlarının dəqiq tarixini Təhsil Nazirliyi ilə müzakirə edirik. Biz təkliflərimizi vermişik. Təkcə Bakı üzrə yox, bütün regionlar üzrə buraxılış imtahanlarının cədvəli hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq”.

TQDK sədri həmçinin komissiyanın binasının köçürülmə səbəbləri ilə bağlı sualları da cavablandırıb. O bildirib ki, hazırkı bina qəzalı vəziyyətdədir:

“Binanın bünövrəsində çatlar var. Bəzi avadanlıqları binadan təcili çxarmaq tövsiyə olunub. Yeni alınmış avadanlıqları bura yox, kirayə tutulan başqa bir binaya yerləşdirmişik.

Bundan başqa bizim təşkil etdiyimiz seminarlarda 200-300 nəfər iştirak edir ki, onların da bu binada olması təhlükəlidir. Buna görə də seminarlar da kirayə tutulan başqa binada keçirilir. Bu bina sökülməlidi və sonra yeni bina tikiləcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti