“Vulkan”dakı cinayətin üstü açıldı

“Vulkan”dakı cinayətin üstü açıldı
  24 Noyabr 2014    Oxunub:2407
Daxili İşlər Nazirliyi (DİN) ötən gün “Vulkan” otelində baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi bundan öncə də bu hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilirdi ki, Sumqayıt şəhər sakini Afaq Şükürova Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən `Vulkan` otelinin hamam otağında özünü asaraq intihar edib.

Mirvari Nəcəf
AzVision.az



Teqlər:





Xəbər lenti