`Ermənilər Azərbaycanda dəfn olunsun`- Deputat

`Ermənilər Azərbaycanda dəfn olunsun`- Deputat
  24 Noyabr 2014    Oxunub:1992
Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helikopterində həlak olmuş şəxslər xristian adəti ilə Azərbaycanda dəfn edilsin.
AzVision.az xəbər verir ki, bu təkliflə deputat Aydın Mirzəzadə özünün Facebook səhifəsində çıxış edib.

Deputat qeyd edib ki, düşmən olsalar da helikopterdə həlak olanlar insanlardlr və onların da normal torpağa tapşırılmaq hüququ var:

“Düşdüyü çətin siyasi-diplomatik vəziyyətin ağırlğını dərk edən Ermənistan özünü dolaşdırmaqda davam edir. Bir tərəfdən helikopterin ona məxsus olmadığı bəyan edən işğalçı dövlət, digər tərəfdən proses üzrə provokasiyalarını davam etdirməkdədir. Helokopterin vurulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı düşmən ölkənin zəifliyini aşıq-aydın biruzə verir.
Ermənistan normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib durmağı da bacarmır. O bu gün hərbiçilərinin meyidini götürmək üçün heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır. Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meydini və onun paraşütünü götürdüyünü elan etdi. Ancaq nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt nümayiş etdirilir.

Düşmən olsalar da helikopterdə həlak olanlar insanlardır və onların da normal torpağa tapşırılmaq hüquq var. Ermənistanın öz əsgərinə sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar”.


Teqlər:  





Xəbər lenti