Şeyx İrana niyə gedir?

Şeyx İrana niyə gedir?
  21 Noyabr 2014    Oxunub:1034
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də İrana səfərə yola düşür.
QMİ-dən AzVision.az-a verilən verilən məlumata görə, səfərdə məqsəd 23-24 noyabr 2014-cü il tarixlərində İranın Qum şəhərində «Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında» mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.


Teqlər:





Xəbər lenti