34 cinayətkar həbs edilib - DİN

34 cinayətkar həbs edilib - DİN
  19 Noyabr 2014    Oxunub:1462
Noyabrın 17-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 51 cinayət faktından 23-nün üstü “isti izlər”lə açılıb.

AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 6 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla 2 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 34 nəfər tutulub.



Teqlər:  





Xəbər lenti