Bakının yeni rəisini polislər yenə tanımadı
Belə ki, dünən gecə mülki geyimdə Nərimanov rayon polis idarəsinə daxil olan BŞBPİ rəisi, general Mirqafar Seyidov sadə vətəndaş kimi polisə müraciət edib: "İş çantamı taksidə unutmuşam, bununla bağlı sizə müraciət etmək istəyirəm".
Lakin polis nəfəri BŞBPİ-nin yeni rəisini tanımayıb. Onun müraciətini soyuq qarşılayaraq, sabah müraciət etməsini istəyib. Bir qədər sonra isə "şikayətçi"nin Mirqafar Seyidov olduğu məlum olub və o polis əməkdaşını tənbeh edib.
Faktla bağlı polis idarəsində cəzalananların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq.
O açıqlamasında BŞBPİ-nin rəisinin istənilən vaxt, istənilən polis idarəsini yoxlamağa ixtiyarı olduğunu bildirdi.
AzVision.az
Teqlər: