Mübariz Qurbanlı rus səfirlə bir arada- Foto

Mübariz Qurbanlı rus səfirlə bir arada- Foto
  17 Noyabr 2014    Oxunub:1223
Dövlət Komitəsinin sədri Rusiyanın Azərbaycandakı səfirini qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib.

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

Səfir Vladimir Doroxin qeyd edib ki, Azərbaycan tolerantlığın yüksək səviyyədə olduğu ölkədir. O, ölkələrimiz arasında din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti