Cəbhədə erməni təxribatı - düşmən susduruldu

Cəbhədə erməni təxribatı - düşmən susduruldu
  16 Noyabr 2014    Oxunub:1851
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 63 dəfə pozulub.
Müdafiə Nazirliyindən AzVision.az-a veirlən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Şuraabad, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti