Ramil Usubovdan gənc zabitlərə tövsiyə
Tədbiri giriş sözü ilə açan daxili işlər naziri son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasətinin həyata keçirilməsində də böyük uğurların qazanıldığını, dövlət başçımızın çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, sağlam dünyagörüşə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirib. Yüksək mənəvi və iş keyfiyyətlərinə malik bacarıqlı və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilməsi üçün bütün zəruri addımların atıldığı diqqətə çatdırılıb.
DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə məlumat verib.
R.Usubov həyatlarında ən əlamətdar günlərdən biri - zabit vəzifələrinə təyin olunmaları münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb. O, gənc əməkdaşlara xidməti fəaliyyətdə polisin adını daim uca tutmağı, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmalarını, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edib.
Teqlər: