QMİ-dən vəhabi liderin həbsinə Reaksiya

QMİ-dən vəhabi liderin həbsinə Reaksiya
  14 Noyabr 2014    Oxunub:2779
`Biz bu işləri alqışlayırıq...`
Qafqaz Müsəlmanları İdarəsi Sumqayıtda sələfilərin lideri kimi tanınan Zöhrab Şıxəliyevin həbsinə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən AzVision.Az-a bildirilib ki, din adından hansısa sui-istifadə halları QMİ-ni qane etmir:

“Milli təhlükəsizlik baxımından kimlərinsə izlənməsi ilə biz məşğul deyilik. Dövlət qurumları dini maarifləndirmə işləri aparırlar. Milli təhlükəsizlik baxımından daxili sabitliyimizə təhlükə olan qüvvələrə qarşı aparılan işlər çox normaldır. Biz bu işləri alqışlayırıq. Biz hüquq mühafizə oraqanlarının işinə heç bir müdaxilə edə bilmərik. Din adından hansısa sui-istifadə halları, dinimizin adının elə işlərə bulaşması bizi qane etmir. Biz belə halları qınayırıq. Maarifləndirmə işini aparmışıq, aparırıq və aparacağıq”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan "Valter" markalı tapança aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti