4 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq

4 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq
  04 May 2013    Oxunub:704
İl ərzində Bakı şəhərində daha üç "ASAN xidmət”i mərkəzi yaradılacaq.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət”) sədri İnam Kərimov Sumqayıtda yeni yaradılan "ASAN xidmət” mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ilk olaraq Xətai rayonunda 2 saylı "ASAN xidmət” mərkəzi, payız aylarında Yasamal rayonunda 3 saylı, daha sonra isə Sabunçu rayonunda 4 saylı mərkəz fəaliyyətə başlayacaq:

"Avqust ayında Gəncə şəhərində "ASAN xidmət” mərkəzi açılacaq. Həmin mərkəz Gəncə və şəhər ətrafındakı digər rayonların əhalisinə xidmət göstərəcək”.(apa)


Teqlər:  





Xəbər lenti