Eldar Namazov ermənilərlə iş birliyində

Eldar Namazov ermənilərlə iş birliyində
  04 Noyabr 2014    Oxunub:2396
“Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazov Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan ilə birgə bəyanat yayıb. Onların hər iki ölkə rəhbərliyinə müraciətini Azərbaycan və Ermənistanın bir qrup vətəndaş cəmiyyəti nümayəndələri də imzalayıb.

Müraciətdə onlar iki ölkənin vətəndaş cəmiyyətlərini, bütün siyasi və ictimai qüvvələri sülh prosesinin fəal iştirakçıları olmağa, zəruri güzəştlərin axtarışına başlamağa, maksimalist tələblərdən imtina etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində öz məsuliyyətlərini dərk etməyə çağırırlar.

“Biz tərəflərin siyasi rəhbərlərinə tənzimlənmə prinsiplərinin ayrı-ayrı müddəalarının müxtəlif şəkildə şərh edilməsinə və bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, təxirə salmadan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin 7 may 2014-cü il tarixli təşəbbüsü və ATƏT-in Minsk Qrupu həmsədrlərinin 12 may 2014-cü il tarixli Bəyanatı əsasında Dağlıq Qarabağ nizamlanmasında Sülh Sazişinin işlənib hazırlanmasına başlamağa çağırırıq”, - deyə bəyanatda qeyd edilir.

Bəyanatı Arzu Abdullayeva, Karen Ohancanyan, Nataliya Martirosyan, Əli Abbasov, Zərdüşt Əlizadə, Ağasi Yenokyan, Leyla Əliyeva, Aykak Arşamyan imzalayıblar.


Teqlər:  





Xəbər lenti