Nazir vətəndaşları qəbul edəcək

Nazir vətəndaşları qəbul edəcək
  03 Noyabr 2014    Oxunub:1068
Gənclər və idman naziri Azad Rəhimov Lənkəranda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Lənkəran şəh, Şirəli Axundov küçəsi, İcra Hakimiyyətinin yanı) başlayacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 6-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.



Lənkəran - 051-505-30-30


Astara - 055-789-03-34


Cəlilabad - 050(055)-315-25-25


Lerik - 050-349-57-79


Masallı - 050-637-44-88;
055-237-44-88


Yardımlı - 050-682-71-23


Teqlər:





Xəbər lenti