Yol polisi 700 sürücünü cərimələdi

Yol polisi 700 sürücünü cərimələdi
  28 Oktyabr 2014    Oxunub:1082
Bu il sərnişinlərə qarşı kobudluğa, eləcə də digər qanun pozuntularına yol verən təxminən 700-dək sürücü İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnib. Yol-nəqliyyat hadisəsi törətdiyinə görə isə 20-dək sürücü cəzalandırılıb.
AzVision.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yükdaşımalarının Təşkili İdarəsinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov AzərTAc-a bildirib ki, bu cür halların qarşısının alınması, o cümlədən ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülərin peşəkarlığının artırılması istiqamətində müəyyən tədbirlər görülür.

Belə ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Tədris-Kurs Kombinatında təcrübəli müəllim və təlim ustalarının iştirakı ilə tədris və məşğələlər keçirilir.

Bu da öz müsbət nəticəsini verməkdədir.


Teqlər:





Xəbər lenti