8 rayonda qaz olmayacaq

8 rayonda qaz olmayacaq
  24 Oktyabr 2014    Oxunub:1226
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 16:00-dək Binəqədi, Sabunçu və Xəzər rayonlarının bir hissəsinə, saat 18:00-dək Quba rayonuna, saat 11:00-dan 18:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dək Qazax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Nəsimi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

AzVision.az


Teqlər:





Xəbər lenti