Bir neçə rayonda qaz olmayacaq

Bir neçə rayonda qaz olmayacaq
  23 Oktyabr 2014    Oxunub:1025
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
AzVision.az-ın məlumata görə, Qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 15:00-dək Şəmkir rayonunun bir hissəsinə, saat 14:00-dan 18:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Sumqayıt şəhərinin Tağıyev qəsəbəsinə, saat 16:00-dan 18:00-dək isə Ağstafa rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti