Komitə sədri şikayətləri dinləyəcək

Komitə sədri şikayətləri dinləyəcək
  22 Oktyabr 2014    Oxunub:1167
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 24-də Biləsuvar şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.
Qəbulda Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində başlayacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi: (02524) 5 10 80, (02529) 5 15 01, (02521) 5 22 63.

AzVision.az


Teqlər:





Xəbər lenti