Obama restoranda yeyib-içib, hesabı verə bilmədi

Obama restoranda yeyib-içib, hesabı verə bilmədi
  18 Oktyabr 2014    Oxunub:2247
ABŞ prezidenti Barak Obama bildirib ki, restoranda bank kartı ilə hesabı ödəyə bilməyib.

AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı NBC yayıb.

Olay ötən ay BMT Baş Assambleyası dövründə Nyu-Yorkda baş verib.

“Mən ofisianta izah eləməyə çalışdım ki, kartım keçərlidir. Yəqin ki, kart bloka salınıb. Çünki, çoxdandır ondan istifadə etmirdim. Bank isə hesab edib ki, mənim hesabımdan dələduzluq üçün istifadə olunur və imtina edib”, - Barak Obama deyib.

ABŞ prezidenti deyib ki, xoşbəxtlikdən, Mişel Obama hesabı ödəyə bilib. Onda işlək kart var imiş.



Teqlər:





Xəbər lenti