Cəbhədə atışma: atəşkəs 30 dəfə pozulub

Cəbhədə atışma: atəşkəs 30 dəfə pozulub
  12 Oktyabr 2014    Oxunub:1239
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.

AzVision.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti