`Mən MTN-i sevirəm, casus olaram`

`Mən MTN-i sevirəm, casus olaram`
  10 Oktyabr 2014    Oxunub:4685
““Azadlıq radiosu”nun əməkdaşı Xədicə İsmayılın mənim haqqımda yaydığı sənədlərin doğru olub-olmaması məhkəmə tərəfindən araşdırılır”.
Bunu AzVision.az-a açıqlamasında KXCP-dən istefa verən bayraqdar Elman Türkoğlu ötən gün baş tutan məhkəmə prosesindən danışarkən deyib.

O bildirib ki, prosesin bu günə təxirə salınmağı sənədlərin araşdırılması ilə bağlıdır: “Çox ədalətli məhkəmə oldu. Proses zamanı Xədicə İsmayıl mənim vəkillərimin suallarına cavab vermədi. İmtina elədi ki, sənədləri o paylaşmayıb. O dedi ki, həmin sənədləri ona MTN-nin keçmiş işçisi Ramin Nağıyev göndərib. Mənsə bildirdim ki, Ramin Nağıyev şəxsən mənə deyib ki, həmin saxta sənədləri ilk dəfə ona Qənimət Zahid göndərib. Ramin Nağıyev isə Qənimət Zahidə deyib ki, bu sənədlər saxtadır və onun internetdə yayılmasına imkan vermək olmaz. Amma 2011-ci ildə həmin sənədləri yaydılar, mənim məhkəmə təhdidimdən sonra yığışdırdılar. Xədicə İsmayıla bildirdim ki, sən Əli Kərimlinin tapşırığı ilə bu sənədləri möhürünün saxta olduğunu bilə-bilə yenidən yaymısan”.

E.Türkoğlu vurğualyıb ki, məhkəmədən əvvəl MTN-ə müraciəti barədə də hakimi məlumatlandırıb: “Mən MTN-ə müraciət etmişdim, hakimə də bunu dedim ki, əgər belə şey həqiqətən varsa, mən MTN-i sevirəm, casus olaram. Amma o sənədlərdə ailəmin, şərəf və ləyaqətimin təhqir olunmasını bağışlamaram. Məhkəmənin təxirə salınmasının səbəbisə sənədin saxta olub-olmaması ilə bağlı araşdırma aparılması ilə əlaqədardır. MTN-dən rəsmi cavab gözləyirlər. Bu gün saat 5-də məhkəmə olacaq”.

Qeyd edək ki, E.Türkoğlu Xədicə İsmayılı şərəf və ləyaqətini alçatdığı üçün məkhəməyə verib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti