Minaya düşən Tovuz sakini danışdı -VIDEO

Minaya düşən Tovuz sakini danışdı -VIDEO
  08 Oktyabr 2014    Oxunub:1712
Bu gün daha bir kənd sakini minalanmış və qadağan olunmuş ərazidə minaya düşüb. Ani diqqətsizliyi ucbatından bir ayağını itirən yaralı, əslində həmin ərazidə minaların olmasından xəbərdar olduğunu deyib.
ANS TV-nin Gəncə bürosunun məlumatına görə, Tovuzun Ermənistanla sərhəddə yerləşən Əsrik-Cırdaxan kəndində mina partlaması nəticəsində ayağını itirən Bayram Süleymanov hazırda Tovuz rayon Mərkəzi Xəstəxanasındadır. Və o artıq reanimasiyadan çıxarılaraq palataya köçürülüb.

Yaralı 59 yaşlı Bayram Süleymanov mal-qarasını gətirmək üçün təmas xəttinə yaxın zonaya getdiyini deyir. Orada minanın basdırılması barədə nişanlar olsa da, havanın duman-çiskinli olması səbəbindən nişanları görməyib və minalanmış sahəyə girib.

Minaya düşən kənd sakini Bayram Süleymanov: "İtmiş malı axtarırdım, birdən qırağa çıxan kimi minaya düşdüm".

Mina partlayandan sonra sağ ayağı parçalanan Bayram Süleymanov çətinliklə sürünərək həbrçiləri köməyə çağırıb və onu xeyli qan itkisi ilə xəstəxanaya çatdırıblar.

“Hazırda xəstə əməliyyat olunub. Xəstənin durumu orta ağırlıqdadır. Yaxın günlərdə xəstə evə yola salınacaq” – deyə həkim Kəmaləddin Abbasov qeyd edib.

Əsrik-Cırdaxan kəndi qoşunların təmas xəttinə yaxın ərazidə yerləşir və bu sahələr minalanıb. Buranın yaşayış məntəqəsinə yaxın olması isə ehtiyatsızlıq edən sakinlər üçün faciəyə çevrilir.




Teqlər:





Xəbər lenti