Həcc ziyarəti başa çatır - VİDEO

Həcc ziyarəti başa çatır - VİDEO
  06 Oktyabr 2014    Oxunub:1689
Azərbaycandan Həcc ziyarətində olan zəvvarlar bu müqəddəs ziyarəti yekunlaşdırmaq üzrədilər. Artıq Ərafat dağından dönən kişi zəvvarlarımız saçlarını da vurdurublar. Bu barədə ANS TV-nin Məkkəyə ezam olunmuş xüsusi muxbiri Natiq Nailoğlu məlumat verib.

Onun sözlərinə görə:”Zəvvarlarımız artıq Həcc ziyarətinin 13 vacib əməlini tam yekunlaşdırmaq üzərədirlər. Hazırda Mina dağı yaxınlığında kiçik, orta, böyük şeytanı daşlama mərasimini yerinə yetirən zəvvarlarımız, bir neçə saat sonra Kəbə ətrafında yerləşən otellərə doğru yollanacaq.

Daha sonra oktyabrın 8-dən 11-nə qədər Mədinə şəhərinə yollanacaq zəvvarlarımız orda Muhammməd peyğəmbərin (s.ə.s) qəbrini ziyarət etdikdən sonra Hacı adını qazanmış zəvvarlarımız növbəli şəkildə 11 oktyabr tarixindən 15 oktyabra kimi Azərbaycana yola salınacaqlar.

Zəvvarlarımız arasında səhhətində ciddi problem olanlar yoxdur. Çünki Qafqaz Müsəlmanlar İdarəsi mütəmadi olaraq yaradılmış tibbi heyyətlə bərabər onlara nəzarət edir. Şəkər xəstəlikləri,digər ürək damar xəstəlikləri olan inasanlara izah olunur ki, hansı ayinləri yerinə yetirərkən nə etmək lazımdır və buna görədə ciddi problemlər yaranmayıb.

Digər bir problem isə hava ilə bağlıdır. Hazırda Səudiyyə Ərəbistanında xüsusilə Məkkədə havanın hərarəti 50 dərəcəyə qədərdir. Məhz buna görə də zəvvarlara tapşırılır ki, bu cür ağ geyimlərdən və baş örtüklərindən istifadə etsinlər.




Teqlər:  





Xəbər lenti