Ermənilər cəbhədə təxribat törətdilər

Ermənilər cəbhədə təxribat törətdilər
  03 Oktyabr 2014    Oxunub:1492
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti