“Müsavat dağılacaq” – Rəsul Quliyevdən sərt ittihamlar

“Müsavat dağılacaq” – Rəsul Quliyevdən sərt ittihamlar
  28 Sentyabr 2014    Oxunub:2742
“Müsavat Partiyası keçirilməsi çoxdan mümkün olan, ancaq nə səbəbdənsə keçirilməyən bu əcaib qurultayından sonra dağılmağa başlayacaq”.
AzVision.az xəbər verir ki, bu fikirləri eks-spiker Rəsul Quliyev bildirib.

Müsavat Partiyasının ötən gün keçirilən qurultayını ələ salan R.Quliyev İsa Qəmbərin çıxışını tənqid edib.

“Müsavat partiyasının qurultayı nəhayət baş tutdu. Qəzetlərə qoyulmuş şəkillərdən partiya üzvülərinin orta yaşlarının 50-dən az olmadığı qənaətinə gəlmək olar. Hər halda qurultay nümayəndəsi olan gənclər gözə dəymirdi. Bu nümayəndələrin nə vaxt, yəni hansı ildə seçildiyi məlumdurmu? Mən bilmirəm. Onu deyə bilərəmki, ölkədəki və Müsavatın öz daxilindəki ab- havanı ifadə edən insanlar deyildilər.Neçə illərin hay-küyündən sonra maksimum 6 saatlıq çıxışlar və müzakirələrlə işini bitmiş hesab edən qurultayın strategiyası və hansı isə bir mübarizədə qələbəyə ümidi ola bilərmi? Mümkün deyil. Məlum oldu ki, Müsavat partiyasının pulu olmadığına görə ancaq 12 saatlıq qurultay keçirə bilər. Bu 12 saatın 2 saatı qeydiyata alınmağa və 4 saatı səs vermə və sayma prosesinə ayrılırsa hansı ana müxalifətçilikdən və hakim partiya olmaqdan söhbət gedə bilər. Əlavə bir gün qurultaylarını uzatmaq üçün 2640 manat pul tapa bilməyən partiya hansı prezident seçkisində iştirak edəcəyindən dəm vurur? İldə 2 milyard manatdan çox əmək haqqı alan 5 milyon azərbaycanlıdan 2640 manat ianə verməyə bir 50 nəfəri tapa bilməyən partiyanın özünü ana və ya bala müxalifət adlandırmağa haqqı varmı?”.

R.Quliyev Müsavat rəhbərliyinin xalqı aşağıladığını qeyd edib:

“2014-cü ilin sentyabrında, prezident seçkisinə 4 il bir ay qalmış necə və hansı məntiqlə bu gün qurultay öz namizədini təsdiqləyə bilər? Belə uşaq hərəkətləri ilə nə qədər bu xalqı aşağılamaq olar. Nə vaxt bu saqqalı uşaqlar heç olmazsa 18 yaşlı gənclərə çevrilə biləcəklər.

Müsavatın indidən prezidentliyə namizəd elan etməsi qeyri-ciddiliyin ən yüksək səviyyəsidir”.

A.Rüstəmov


Teqlər:





Xəbər lenti