Ağ Evdən Güney Azərbaycana cavab

Ağ Evdən Güney Azərbaycana cavab
  28 Aprel 2013    Oxunub:740
“Biz İran xalqına fundamental azadlıqlarından istifadə etmək istiqamətində yardım göstərmək öhdəliyimizə bağlı qalırıq”
İranda Azərbaycan türklərinin hüquqlarının pozulması ilə bağlı 2013-cü il yanvarın 13-də Ağ Evin internet saytında yerləşdirilmiş və 25 mindən artıq imza toplanılması ilə başa çatdırılmış petisiyaya cavab verilib.

APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Ağ Evdən verilən cavab məktubunda bildirilir ki, İran hökuməti tərəfindən insan haqlarının pozulması, o cümlədən azərbaycanlılar, bəluclar, kürdlər və ərəblər də daxil olmaqla ölkənin etnik əhalisinin üzvlərinə qarşı ayrı-seçkilik halları ABŞ-ı dərindən narahat edir: “İran davamlı olaraq öz qanunlarını və beynəlxalq öhdəlikləri pozan hərəkətlərə yol verir, təqib, təhdid, həbs və ya şiddət yolu ilə vətəndaşların universal insan hüquqlarını inkar edir. Birləşmiş Ştatlar İran rəsmilərinı məsuliyyətə cəlb etmək üçün bir neçə üsuldan istifadə edir. Bu sıraya insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyətlərinə dəstək verilməsi, İranda hüquq pozuntuları ilə bağlı beynəlxalq maarifləndirmə işlərinin aparılması və s. daxildir. Ağ Ev və ABŞ Dövlət Departamenti dəfələrlə İran hökumətinin etnik və dini azlıqlarla kobud şəkildə davranmasını pisləyib. Bundan əlavə, ABŞ 2010-cu ildən bəri ciddi insan haqları pozuntularına yol verdiklərinə görə İran rəsmilərinə və dövlət qurumlarına qarşı onlarla sanksiyalar tətbiq edib. Bu sanksiyalar nəticəsində həmin şəxslərin Birləşmiş Ştatlara səfərlərinə qadağa qoyulub və onların ABŞ-dakı əmlakları, bank hesabları dondurulub”.

Məktubda həmçinin qeyd olunur ki, ABŞ da İrandakı insan haqları məsələsi ilə bağlı öz beynəlxalq tərəfdaşları ilə işləyir: “On ildir ABŞ BMT Baş Assambleyasında İranda insan haqlarının pozulmasını pisləyən qətnamələrin çıxarılmasını dəstəkləyir. 2011-ci ildə ABŞ BMT-nin İnsan Haqları Şurasının yaradılmasını və İranda insan hüquqları ilə bağlı vəziyyətı araşdırmaq üçün xüsusi məruzəçi mandatının təsis edilməsini, eyni zamanda bu mandatın 2012 və 2013-cü ilədək uzadılmasını dəstəklədi. Biz İrandakı repressiya, ifadə azadlığı və digər insan haqlarının pozulmasına qarşı beynəlxalq dəstəyi genişləndirmək istiqamətində təşəbbüsləri dəstəkləməkdə davam edəcəyik. Biz dini, etnik, siyasi mənsubiyyətindən asılı olmayaraq, İran xalqına öz hökumətini cavabdeh tutmaq və universal insan haqları və layiq olduqları fundamental azadlıqlarından istifadə etmək istiqamətində yardım göstərmək öhdəliyimizə bağlı qalırıq”.


Teqlər:  





Xəbər lenti