Prezident Zərifə Əliyevanın yubiley tədbirində

Prezident Zərifə Əliyevanın yubiley tədbirində
  27 Aprel 2013    Oxunub:1255
Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söyləyib.

Sonra Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının rektoru Larisa Moşetova, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının kafedra müdiri Alevtina Brovkina, Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri Sunay Duman çıxış ediblər.

Mərasim Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Daha sonra Prezident İlham Əliyev teatrın foyesində akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxıb.




Teqlər:  





Xəbər lenti