Xızıda yük maşını dərəyə düşdü : ölən var

Xızıda yük maşını dərəyə düşdü : ölən var
  27 Aprel 2013    Oxunub:1133
1932-cu il təvəllüdlü Quliyev Əfsər Məhərrəm oğlu hadisə yerində ölüb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xızı rayonu, Tıxlı kəndində “Shacman” markalı yük avtomobili dərəyə yuvarlanıb. AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, sürücü xəsarət alıb, sərnişin 1932-cu il təvəllüdlü Quliyev Əfsər Məhərrəm oğlu hadisə yerində ölüb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsi və Ə.Quliyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 11:20-də başa çatıb.


Teqlər:  





Xəbər lenti