Bələdiyyə sədrinə cinayət işi açıldı

Bələdiyyə sədrinə cinayət işi açıldı
  12 Sentyabr 2014    Oxunub:1485
Cəlilabad bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı bələdiyyənin sədri Kamal Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəlilabad şəhərində rayon sakininə məxsus torpaq sahəsin
ə bitişik və faktiki olaraq istifadəsində olan 0,04 hektar ölçüdə torpaq sahəsinin sonuncuya satılması üçün 20.000 manat pul tələb etməsində və faktiki olaraq 5.000 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan K.Məmmədov barədə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti