Mövqelərimiz atəşə tutulub

Mövqelərimiz atəşə tutulub
  27 Aprel 2013    Oxunub:1201
Düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu və Gülüstan, Tərtər rayonunun Göyarx və Çiləbürt, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Teqlər:  





Xəbər lenti