Nazir müəllimlərlə bağlı əmr verdi

Nazir müəllimlərlə bağlı əmr verdi
  08 Sentyabr 2014    Oxunub:3088
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticəsi barədə əmr imzalayıb.
AzVision.az xəbər verir ki, 2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan və yeni yaranmış vakant yerlərə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 2894 nəfər elektron müraciət edib. Keçirilmiş müsahibənin nəticəsinə əsasən 386 nəfər işə qəbul olunmaq hüququ qazanıb.

Nazirin əmrinə əsasən, 2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələri və peşə liseylərində boş qalan müəllim yerlərinə əlavə yerləşdirmənin nəticələri təsdiq edilib.

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri 5 gün müddətində əlavə yerləşdirmə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin edəcəklər.

Əmrdə tapşırılıb ki, həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin edilsin, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər.

Həmçinin tapşırılıb ki, yeni işə qəbul edilmiş ibtidai və V-VII siniflərdə dərs deyəcək müəllimlər fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlb edilsinlər.

AzVision.az


Teqlər:





Xəbər lenti