Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı

Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı
  08 Sentyabr 2014    Oxunub:2600
"Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə xoşagəlməz situasiyaya düşüb. O özü də istəmədən Azərbaycanın ərazi bütövlüyü sənədinə imza atıb”.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə NATO-nun Uels-də keçirilən sammitində Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda sənədə imza atmasına münasibət bildirərkən deyib.

Deputatın fikrincə, Ermənistan prezidenti olduqca çətin duruma düşüb:

"Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə xoşagəlməz situasiyaya düşüb. O özü də istəmədən Azərbaycanın ərazi bütövlüyü sənədinə imza atıb. Belə ki, NATO-nin bu günlərdə Nyuport (Böyük Birtaniya, Uels) şəhərində keçirilən sammitinin qəbul etdiyi və Ermənistan prezidentinin də imza atdığı bəyanatda 30-cu bənd var. Bənddə deyilir: "Ukraynadakı son hadisələr NATO-nun Şərqi Avropadakı bəzi partnyorları arasında narahatçılıq yaradıb. Müttəfiqlər partnyorlarının xarici siyasət və təhlükəsizlik - xarici təzyiq və məcburetmədən azad müstəqil seçimlərini müdafiə etməkdə davam edəcəklər. NATO hüquqların müdafiəsi öhdəliyini saxlayır və əvvəlki kimi Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini müdafiə etmək əzmindədir".
Bəyannaməni NATO sammitində iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan da imzalayıb və buna görə hal-hazırda öz ölkəsində ciddi tənqid edilir.

Ermənistanın Rusiya ilə müttəfiqliyi və NATO ilə Rusiyanın hazırda soyuq münasibətlərini nəzərə alaraq, Sərkisyan onu imzalamaya da bilərdi. Ancaq Ermənistan rəhbəri həmişəki kimi yenə də iki stulda oturmağa cəhd etdi, bu zaman hətta öz dediyinin əleyhinə olan sənədə imza atmaqdan da çəkinmədi".

AzVision.az


Teqlər:





Xəbər lenti