Vəkil: “O, bu video ilə görüntü yaradıb”

Vəkil: “O, bu video ilə görüntü yaradıb”
  25 Aprel 2013    Oxunub:1579
“Prezidentə müraciəti məqam çatanda edəcəyik”.
“Elşad Abdullayev video materialı tam verməyib”. Bunu AzVision.az-a açıqlamasında eks deputatın vəkili Raqif Mustafayev deyib. Vəkil bildirib ki, Elşad Abdullayev sadəcə olaraq görüntü yaradıb.

“Bu yaratdığı görüntü ilə guyaki əslini göndərib. Heç kim zəmanət verə bilməz ki, o əsl videodur”.

Gülər Əhmədovun həbsi ilə bağlı ölkə prezidentinə müraciət edilməsi məsələsinə gəlincə, vəkil qeyd edib ki, Prezidentə müraciətin məqamı çatanda olunacaq. R.Mustafayev müraciətin konkret vaxtını deyə bilməyəcəyini bildirib.

Sonda vəkil qeyd edib ki, bu həftə içində Gülər xanımla görüşəcək.

Anar


Teqlər:  





Xəbər lenti