Azərbaycanlı deputat maaşını türkmənlərə verdi

Azərbaycanlı deputat maaşını türkmənlərə verdi
  25 Avqust 2014    Oxunub:6309
Millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq türkmalarına bağışlayıb.

AzVision.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

O, imkanı olan hər kəsi İraqda yaşayan soydaşlarımıza yardıma çağırıb.

`Mən bir aylıq maaşımı İraq türkmanlarına - yəni bu ölkədə yaşayan soydaşlarımıza yardım fonduna bağışladım və imkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram. Bilirəm ki, hər səkkiz nəfərindən biri qaçqınlıq, köçkünlük taleyi yaşamış, mərhumiyyətlər görmüş Azərbaycan Respublikası vətəndaşları bu cağırışı dəstəkləyəcək. Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkman qardaş-bacılarımızdan gedir. Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb. Şiə türkmanların durumu isə daha ağırdır. Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi olub`.

AzVision.az


Teqlər:





Xəbər lenti