Yol qəzası, 1 ölü

Yol qəzası, 1 ölü
  25 Aprel 2013    Oxunub:1410
Bakıda baş vermiş yol qəzasında bir nəfər dünyasını dəyişib.
Xəzər rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 20:00 radələrində Mərdəkan-Bakı şosse yolunun 20-ci kilometrliyində 36 yaşlı Bakı şəhəri, Yasamal rayon sakin Rəhimov Səid Davud oğlu idarə etdiyi "Tayota Avensis" markalı maşınla Bakı istiqamətində hərəkət edərkən yoluy keçən 53 yaşlı piyada Rzayev Cəfər Qəhrəman oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti