Prezidentlər təkbətək görüşdü

Prezidentlər təkbətək görüşdü
  24 Aprel 2013    Oxunub:1069
Latviya Prezident Andris Berzinşi prezident İlham Əliyev qarşılayıb.
Azərbaycana rəsmi səfərə gələn Latviya prezidenti Andris Berzinşin aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

Prezident Andris Berzinşi prezident İlham Əliyev qarşılayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident A. Berzinşə, Latviya nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin təkbətək görüşü olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti