İlham Əliyev həmkarlarını təbrik etdi

İlham Əliyev həmkarlarını təbrik etdi
  23 Aprel 2013    Oxunub:1044
Prezident İlham Əliyev İtaliyan və Monteneqrolu həmkarlarını təbrik edib
İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Ciorcio Napolitanoya

Hörmətli cənab Prezident,

İtaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, bu tarixi hadisə münasibətilə Sizə ən xoş arzularımı yetirirəm.

Bu gün Azərbaycan-İtaliya münasibətləri dinamik inkişaf yolundadır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi xalqlarımız və ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

***

Eyni zamanda, ölkə başçısı Monteneqronun Prezidenti Zati-aliləri cənab Filip Vuyanoviçi də təbrik edib.

Monteneqronun Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-Monteneqro əlaqələri müvəffəqiyyətlə inkişaf etməkdədir. Dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi yolunda atdığımız qarşılıqlı addımlar əməkdaşlığımızın bütün sahələrdə ahəngdar inkişafı üçün daha da geniş imkanlar açır.

Bu yaxınlarda qonaqpərvər ölkənizə etdiyim səfəri məmnunluqla xatırlayıram. Ümidvaram ki, birgə infrastruktur layihələrinin gerçəkləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.


Teqlər:  





Xəbər lenti