Soçidə Qarabağ danışığı və Sambo

Soçidə Qarabağ danışığı və Sambo
  10 Avqust 2014    Oxunub:3431
Sabah Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli görüşü keçiriləcək.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz üçtərəfli görüşün bazar günü günorta saatlarında keçiriləcəyini istisna etmirik”-deyə Peskov qeyd edib.

Mətbuat katibi həmçinin qeyd edib ki, bu gün axşam saatlarında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə sambo üzrə turnirə baş çəkəcəkləri gözlənilir.


Teqlər:





Xəbər lenti