Azay Quliyev TİKA-nın kordinatoru ilə görüşdü

Azay Quliyev TİKA-nın kordinatoru ilə görüşdü
  08 Avqust 2014    Oxunub:1363
Görüşdə Şura və TİKA proqramı arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən AzVision.az-a verilən məlumata görə, şuranın sədri, millət vəkili Azay Quliyev “Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı” (TİKA) Bakı nümayəndəliyinin kordinatoru Mustafa Polad və kordinator müavini İsmayıl Gürleçlə görüşüb.

Şura sədri Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu və nəzərdə tutulan işlərin ümimilikdə vətəndaş cəmiyyətinin inkişafı üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.

TİKA Azərbaycan Korinatoru Mustafa Polad Şuranın elektron TV-nin yaradılmasında, “e-xidmət” sahəsində fəaliyyətini genişləndirməkdə, QHT-lər üçün Resurs və Təlim mərkəzinin texniki təchizatında, Strateji və Təhlil Mərkəzinin yaradılmasına texniki dəstək verməyə hazır olduğunu bildirib.

Bundan əlavə TİKA-nın Avropa nümayəndəlikləri olan ölkələrdə Azərbaycan maraqlarına uyğun layihələrin təşkili mümkünlüyü də götrüş zamanı qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti