Hərbiçimiz intihar edib

Hərbiçimiz intihar edib
  23 Aprel 2013    Oxunub:1125
Hadisə Bakı şəhərində qeydə alınıb.
Xətai Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, hadisə bu gün gecə 01:00 radələrində baş verib.

Xaçmaz şəhəri, Niyazabad kənd sakini, 1991-ci il təvəllüdlü, Azərbaycan Hərbi Dəniz Qüwələrinin müddətdən artıq hərbi qulluqçusu, manqa komandiri İbrahim Qafarov Bakı şəhəri Naximov küçəsindəki mənzilinin hamam otağında quraşdırılmış duşdan kəndirlə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Teqlər:





Xəbər lenti