“Mən ölməmişəm...” – Əsgər Səftər Məmmədov

“Mən ölməmişəm...” – Əsgər Səftər Məmmədov
  01 Avqust 2014    Oxunub:22498
Bu gün yerli mətbuatda cəbhədə şəhid olan hərbçi Səftər Məmmədovla bağlı yayılan xəbərlərdə bəzi yalnışlığa yol verilib.
Belə ki, şəhid Səftər Məmmədova məxsus olduğu bildirilən fotolar və Facebook statusu başqa bir şəxsə aid imiş.

Bu barədə AzVision.az-a şəhidin adaşı, şəkilləri mətbuat səhifələrində dərc olunan Səftər Məmmədov bildirib.

Hazırda hərbi xidmətdə olduğunu deyən S.Məmmədov şəhid olması ilə bağlı xəbərlərin ailəsinə çatmasında narahatdır:

“Mən hazırda “N” saylı hərbi hissədə xidmət edirəm. Saytlarda şəkillərim yayılıb, amma şəhid olan əsgər Səftər Məmmədov mən deyiləm. Xahiş edirəm, bu məlumatlar saytlardan silinsin. Ailəm də, yaxınlarım da mənə görə narahatdır. Çox xahiş edirəm, məlumat saytlardan çıxarılsın”.

S.Məmmədov əslən Samuxun Kolayir kəndindən olduğunu bildirib.

Qeyd edək ki, düşmən gülləsinə tuş gələn zabitimiz Səftər Məmmədov isə Salyan rayonundandır.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti